Cəmiyyət

Üç rayonda qaz təchizatında fasilə yaranacaq

Sharing is caring!


Bu gün saat 09:30-dan “Bərdə” ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir