Cəmiyyət

Tovuzda avtomobil dərəyə yuvarlanıb, baba və nəvəsi ölüb

Sharing is caring!


Tovuz rayonu Çobansığnaq kəndində yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, Ramiz Abbasəli oğlu Həsənovun idarə etdiyi “Niva” markalı avtomobil Tovuz-Çobansığnaq avtomobil yolunun nahamar olan dağlıq hissəsində hərəkətdə olarkən idarəetməni itirərək hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü Ramiz Həsənov və nəvəsi 15 yaşlı Cavidan İlqar oğlu Həsənli aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir