Cəmiyyət

Metronun Həzi Aslanov stansiyasında işlər niyə YEKUNLAŞMIR? – VİDEO

Sharing is caring!


Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Həzi Aslanov 2” stansiyasında işlər yekunlaşmır.

Kənarları hasarlanıb, qapısı bağlanıb, üzərinə isə iş getməsi ilə bağlı işarə də qoyulub. Bu yol 10 ildən çoxdur ki, bu vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, təmir üçün yolun bağlı olması onların işini çətinləşdirir. Evlərinə getmək istəyənlər yollarını dəyişirlər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu stansiyanın tikintisi ilə bağlı hələlik yekun qərar yoxdur.

Əlavə olaraq, hazırda layihənin ilkin mərhələsi ilə bağlı işlər yekunlaşsa da, digər məsələlərlə bağlı müəyyən tədbirlər görülməlidir.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir