İdman

Ronaldu çempionatın matçındakı penaltini ələ salıb

Sharing is caring!


“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının futbol çempionatının 23-cü turunda “Ər-Riyad”la oyunda “Əl-Hilal”ın xeyrinə penalti təyin edilməsini ələ salıb.

66-cı dəqiqədə qonaqların oyunçusunun rəqibin cərimə meydançasında yıxılmasından sonra hakim “Ər-Riyad”ın qapısına penalti təyin edib, amma meydan sahiblərinin müdafiəçisi ilə heç bir təmasın olmaması aşkar görünüb. Penaltini qonaqların heyətində Ruben Neves qola çevirərək hesabı bərabərləşdirib.

Ronaldu bu epizodun videosunu çoxlu gülüş emojiləri ilə şərh edib.

Matçın sonunda “Əl-Hilal” 3:1 hesabı ilə qalib gəlib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir