İdman

“Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi elan olunub

Sharing is caring!


“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisində qalib olub.

Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”dən monakolu Çarlz Lekler bağlayıb.

“Ferrari”nin ispan pilotu Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub ki, idmançı əməliyyat olunub. Onu 18 yaş 305 gündə “Formula-1”də debüt edən britaniyalı Oliver Berman əvəzləyib.

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir