İdman

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanı ilə matçda hesabı açdı – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Qətərdə keçirilən dünya çempionatının C qrupunun Argentina – Səudiyyə Ərəbistanı oyununda hesab açılıb. 

Oxu.Az xəbər verir ki, 10-cu dəqiqədə Səudiyyə Ərəbistanının qapısına təyin olunan penalti zərbəsini Lionel Messi dəqiq yerinə yetirib.

14:01

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk oyununda Argentina və Səudiyyə Ərəbistanı milliləri üz-üzə gəlir. 

13:45

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Argentina və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar
Argentina: 23. Emiliano Martinez (q), 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomez – 10. Lionel Messi (k), 22. Lautaro Martinez, 11. Anxel Di Mariya.

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais (q), 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Al Boleahi, 13. Yasser Al Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Al Malki, 7. Salman Al Faraj (k), 10. Salem Al Davsari. 11. Saleh Al Şehri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir