Cəmiyyət

Zaqatalada vanna otağında kişi meyiti aşkarlanıb

Sharing is caring!


Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində Zaqatala şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir