Dünya

Mqer Qriqoryan: “İrəvanla Bakı kommunikasiyaların bərpası üzrə bəzi məsələlərdə mövqelərini yaxınlaşdırıb”

Sharing is caring!

Ermənistan, Azərbaycan və Rusiya baş nazirləri müavinlərinin iştirakı ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib.

Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, əlbəttə ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər sərhəd və gömrük nəzarəti ilə bağlı, eləcə də vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin Ermənistan və Azərbaycan ərazilərindən avtomobil, həmçinin dəmir yolları ilə təhlükəsiz keçidi kimi bir çox məsələlərdə mövqelərini yaxınlaşdıra bilib”, – deyə o, bildirib.

Ermənistan baş naziri müavininin sözlərinə görə, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirirlər.

Mənbə: Sputnik Armenia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir