Cəmiyyət

Sumqayıtda 56 yaşlı kişi itkin düşüb – FOTO

Sharing is caring!


Sumqayıtda 56 yaşlı kişi itkin düşüb.

Bu barədə “Report”a itkin düşən şəxsin qohumları məlumat verib.

1968-ci il təvəllüdlü Akif Cəfərov üç gün öncə “Yaşıl dərə” yaşayış massivində yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

Onun psixoloji və yaddaşla bağlı probleminin olmadığı deyilir.

Faktla bağlı polisə məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir