Cəmiyyət

“Azerbaijan Business Award” 2023 mükafatının təqdimat mərasimi keçirildi – FOTO

Sharing is caring!


İki mart 2024-cü il tarixində “Buta Palace”da 2023-cü ilin yekunlarına əsasən “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, “Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov layiq görüldü.

Qonaqlar arasında Belarus, Gürcüstan, Qırğızıstan, Mərakeş, Rumıniya, Serbiya, Tacikistan və Türkmənistanın səfirləri iştirak edirdilər. Bundan əlavə, tədbirdə Türkiyə səfirinin iqtisadi məsələlər üzrə müşaviri, Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri və Macarıstan səfirinin müavini iştirak edib.

Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 250 nəfər iştirak edib.

Əvvəlki illərdə olduğu kimi, bu il də bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun nümayəndələridir – telekommunikasiya, tikinti sahəsi, qida sənayesi və sairə.

“Azerbaijan Business Award” mükafatının partnyorları “Azərmaş CP”, “Greenstream International” və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Almond”, “Barakat”, “Bizon”, “BUZ Group”, “Corretto”, “Cruises.az”, “Kobi”, “Paloma Leather”, “EmArt studio” “by Emin Gakhramanov” və “King’ Style” & “Parfum City” idi.

“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib.

Bundan başqa “Azerbaijan Business Award” mükafatının partnyoru, “Chevrolet” brendinin ölkəmizdə rəsmi distribütoru olan və 2021-ci ildən beynəlxalq standartlara cavab verən avtomobillərin yığılmasını uğurla həyata keçirən “Azərmaş CP” şirkəti tədbirdə iki avtomobili – “Chevrolet Onix” və “Tracker”i təqdim edib.

Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.

Tədbirin informasiya tərəfdaşları arasında Marja.az və Rockvell var.

“Azerbaijan Business Award” 2023 mükafatının laureatları

Bahrom Aşrafxanov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə

Orxan Məmmədzadə, təsisçi və CEO BMG International – İlin iş adamı. Biznes və təhsil sahələrinin inkişafında əldə etdiyi yüksək nəticələrə görə

YAŞAT Fondu – Şəhidlərin ailə üzvləri və qazilərin təminatına dəstək istiqamətində uğurlu fəaliyyətinə görə

Nar – Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə

FAB Boya və Kimya Sənayesi – İlin keyfiyyətli boya istehsalçısı

Özbəkistan Ticarət Evi – İlin debütü

BM Morrison Partners – Beynəlxalq nüfuz

Gədəbəy Mineral Suları – İlin yüksək keyfiyyətli mineral su istehsalçısı

Millennium – İlin dondurma istehsalçısı “Ağdam” şərabı (Az Abrau) – Əfsanənin yenidən canlanması

Az Abrau Muzeyi – Azərbaycanda şərabçılıq tarixinin və mədəniyyətinin təbliğinə verdiyi töhfəyə görə

Avtoman – Keyfiyyətli tərəfdaş S-ENNA – İlin şirkəti. Lift avadanlıqlarının satışı və servisi

AR Metiz – Yüksək keyfiyyət standartları. Metal şurupların istehsalı

Azərmaş CP – İlin avtomobil dileri

Kargomat – İstehlak bazarında innovativ həllər

Mediasales Azerbaijan – Yüksək xidmət standartları. Mərkəzləşdirilmiş media satış evi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir