Cəmiyyət

Xəstəliyinə görə atası atdı, nənəsi küçədə limon satır: Nurayın yaşamaq üçün yardıma ehtiyacı var – FOTO

Sharing is caring!


11 yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.

O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.

“Nuray illərdir müalicələrlə həyatda qalıb. 11 yaşı var, o qədər arıqlayıb ki, 17 kiloqrama qədər enib çəkisi. Biz müalicə üçün Türkiyəyə yollanmalıyıq. Hazırda getmək üçün 1 000 manat toplaya bilsək də, 3 000 manatımız çatmır. İnanın maddi vəziyyətimiz çox ağırdır. Yoldaşım uşağın xəstəliyinə görə bizi atıb gedib. Gündəlik xərcləri qarşılamaq üçün 77 yaşlı anam küçədə limon və gül satır, mən də Nurayı qardaşının yanında qoyub gedib təndirxanada işləyirəm. İnanın qazandığımız pulla gündəlik qidalarımızı ancaq qarşılaya bilirik. Qızımın çox az zamanı qalıb, yardımsevər şəxslərdən qızıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 325-61-47.

Kapital Bank: 6768 6771 7683 9631.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir