Dünya

İngiltərə çempionatında oyunçu infarkt keçirdi: Qarşılaşma yarımçıq saxlanıldı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının XVII turunda baş tutan “Bornmut” – “Luton Taun” (1:1) matçı yarımçıq saxlanılıb.

Belə ki, oyunun 59-cu dəqiqəsində “Luton Taun” klubunun oyunçusu Tom Lokyer huşunu itirərək yerə sərilib.

Dərhal hər iki komandanın fizioterapevtləri və həkimləri futbolçuya ilkin tibbi yardım göstəriblər.

Daha sonra futbolçu xəstəxanaya aparılıb, lakin hələlik futbolçunun durumu haqqında məlumat verilmir.

Öz növbəsində qarşılaşmanın baş hakimi Saymer Huper oyunu yarımçıq dayandırıb.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir