İdman

Premyer Liqa: XXV tura bu gün Sumqayıtda start veriləcək

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Oxu.Az-ın məlumatına görə, günün yeganə oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi ikinci pillədəki yerini qorumaq, gəncəlilər isə autsayderdən bir qədər də uzaqlaşmaq üçün qələbə qazanmağa çalışacaqlar.

Hazırda “Sumqayıt” 36 xalla ikinci, “Kəpəz” isə 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXV tur

1 mart

19:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir