Cəmiyyət

İcra başçısının toy xəbəri sabiq deputatı xəstəxanalıq etdi

Sharing is caring!


İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin səhhəti pisləşib.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 

Seymur Orucovun eks-həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.

Toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.

Bu xəbərdən sonra sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir. 

Qeyd edək ki, S.Orucovun birinci evlilikdən dörd övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir