Cəmiyyət

Bakıda “World HR Summit 2024” tədbiri keçirilir – FOTO

Sharing is caring!


Bu gün Bakıda genişmiqyaslı “World HR Summit 2024” (Dünya İnsan Resursları Sammiti 2024) tədbiri keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan İnsan Resursları İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun təşəbbüsü ilə keçirilən sammitdə yerli və xarici ölkələrdən olan peşəkar insan resursları mütəxəssisləri iştirak ediblər.

Sammitdə “World HR Summit 2024” Təşkilat Komitəsinin sədri Deyv Ulrix iştirak edib. Müasir insan resurslarının atası adlandırılan Deyv Ulrix Azərbaycana ilk dəfə səfər etdiyini deyib və bu tip tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib:

“Zamanımızda keçmişi icmal edən texnologiyalar var, lakin onlar gələcəyi yarada bilməz. Süni intellekt gələcəyi yaratmaq qabiliyyətində ola bilməz. İstənilən ölkədə, istənilən şirkət bu sahədə yeniliklər etməlidir. Gələcək 4 fərziyyə üzərində dəyişə bilir. Gələcəyə daha perspektivli baxmaq üçün müasir şirkətlər, onların direktorları dəyişən dünya ilə ayaqlaşmağı bacarmalıdırlar”.

Sammitdə “NEQSOL Holding Azərbaycan”ın rəhbəri və maliyyə direktoru İmran Əhmədzadə, İnsanların İdarə Edilməsi üzrə Avropa Assosiasiyasının prezidenti (EAPM) Berna Öztinaz, BMT-nin Qlobal Saziş Şəbəkəsinin Gürcüstan üzrə icraçı direktoru Salome Zurabişvili, İnsan Resusrlarının Sertifikatlaşdırma İnstitutunun (HRCII) baş icraçı direktoru Emi Dufreyn, “PAŞA Holdinq”in baş direktorun müavini, baş mütəxəssis Ad Bun, “Amazon” şirkətinin Yaxın Şərq, Afrika, Sinqapur və Çin üzrə İşçi münasibətləri departamentinin rəhbəri Vüqar İbrahimov və digərləri iştirak ediblər. 

Sammit çərçivəsində ADA Universiteti tərəfindən “İnsan Resurslarının İdarə Edilməsi üzrə MS” proqramının təqdimatı da baş tutub.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir