Cəmiyyət

İmran Əhmədzadə: “İnsan resursları mütəxəssisi yeni bacarıqları anlamalı, peşəkarlığını daim artırmalıdır”

Sharing is caring!


“30 ildən çox tarixi olan şirkətimiz 100-dən çox ölkə ilə çalışır. Məqsəd müasir dövrün tələblərinə uyğun olan kadrların yetişdirilməsidir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “World HR Summit 2024” (Dünya İnsan Resursları Sammiti 2024) tədbirində “NEQSOL Holding Azərbaycan”ın rəhbəri və maliyyə direktoru İmran Əhmədzadə deyib.

O bildirib ki, onlar gələcəyə dair planlara və peşəkar insan resursları mütəxəssislərinin hazırlanması istiqamətində yeniliklərə daim açıqdırlar:

“NEQSOL keçən həftə “Parla” adlı yeni layihəyə start verib. Biz gənc xanımlar arasından 50 namizəd seçirik. İstedadlı gənc xanımlara təqaüd proqramları ilə yanaşı, onlara bizim şirkətdə təcrübə keçmələrinə şərait yaradacağıq. Onlar məzun olduqdan sonra biz onların parlaması üçün məşğulluq imkanları da yaradacağıq. Bu layihədə iştirak edənlərin digər xanımlar üçün də motivasiya olacağını düşünürük. Düşünürəm ki, bir insan resursları mütəxəssisi yeni bacarıqları anlamalı, peşəkarlığını daim artırmalıdır. İnsan resursları mütəxəssisi istənilən biznesdə öz əməkdaşlarına, işçilərinə yanaşma formasını düzgün seçməlidir. Elə şərait yaratmaq lazımdır ki, ağıllı və peşəkar insanlar özləri yeni layihələri bizə təklif etsinlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir