Cəmiyyət

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? – AÇIQLAMA

Sharing is caring!


Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.

Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul –  hətta 1200 manat tələb olunduğunu iddia edirlər.

Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:

“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”. O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:

“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir