Siyasət

Heydər Əliyev və Gənclər siyasəti

Sharing is caring!

Hər bir dövlətin gələcəyi onun yetişdirdiyi yüksək təfəkkürlü, sağlam düşüncəli gənclərdən asılıdır. Yüksək dünyagörüşü, dərin bilik və bacarıqlara malik, Vətəninə, torpağına böyük sevgi ilə bağlı gənclərin formalaşması qüdrətli Azərbaycan deməkdir. Bu gün gəncliyimiz ictimai, sosial həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Gənclərimizə vətənpərvərlik ruhununaşılanması, dərin köklərimizə bağlı əsl vətəndaş kimi formalaşması zamana sığmayan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz hakimiyyətə gəldikdən sonra bu istiqamətdə bir çox islahatlar aparılıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin ayrılmaz hissəsindən biri olaraq, bu gün Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin gənclərimizə olan böyük güvən və ehtimad hissi Azərbaycan gəncliyinin yeni sabahlara daha aydın şəkildə baxmasına imkan yaradır. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən cənab Prezident İlham Əliyevin gənclərin sosial problemlərinin həll olunması yönündə atdığı uğurlu addımlar bir daha bu ideyalara bağlılığını sübut edir. Respublikada Gənclər siyasəti gənc nəslin ictimai, siyasi proseslərdəki rolunun artmasına, dövlətin aparıcı qüvvəsinə çevrilməsinə, yenilikçi gənclərin yaranmasına səbəb oldu.
44 günlük Vətən müharibəsində də gənclərimiz böyük qəhrəmanlıq və şücaətləri ilə seçiliblər. Gənclərimiz xalqımızın otuz illik həsrətinə son qoyaraq tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdi. Xüsusilə, gənclərin böyük rəşadəti sayəsində qazanılan bu möhtəşəm qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müasir Azərbaycan tarixində qızıl hərflərlə həkk olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu xüsusda qeyd etmişdir ki, “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. ”Bu gün aktual olan ən əsas məsələlərdən biridə Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasıdır ki, ekofəallar Ermənistan dövlətinin Azərbaycana məxsus ərazilərdə qeyri-qanuni olaraq istismar olunan faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı öz haqlı tələblərini bildirirlər. Böyük əksəriyyəti gənclər olan ekofəallar hava şəraitindən asılı olmayaraq, haqlı tələbləri yerinə yetirilənə qədər öz haqlı mübarizələrin davam etdirəcəklərini bəyan edirlər. Bütün bu təşəbbüslər və bu istiqamətdə iş görən qurumların fəaliyyəti respublikada formalaşan gənclər ordusunun heç bir itki vermədən gələcəyə doğru aparmaqdir. Şübhəsiz ki, bu, belə də olacaqdır. Çünki Azərbaycan gənclərinin İlham Əliyev kimi səmimi dostu və prezidenti var. Biz gənclər Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq, müasirlik, müstəqillik, demokratiya ideyalarını reallaşdıran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir, Azərbaycanı gələcəyə aparan yeganə qüvvə olduğuna inanırıq!

Adəm Babayev
Bakı Mühəndislik Universiteti YENİ Klubun sədri
YAP Abşeron rayon təşkilatı, Bakı Mühəndislik Universiteti ərazi partiya təşkilatının fəal gənci

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir