İqtisadiyyat

İqtisadi Şuranın fəaliyyət istiqamətləri açıqlandı

Sharing is caring!

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.

XəbərAl.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

– ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

– makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

– iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

– iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir