Cəmiyyət

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Sharing is caring!


Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər bəzi sualları gündəmə gətirib.

Bəs süni mayalanma yolu ilə uşaq sahibi olan valideynlər boşanma qərarı verərsə, ana övladının bioloji atası olmayan kişidən aliment tələb edə bilərmi? 

Hüquqşünas Akif Əlizadə məsələ ilə bağlı bildirib ki, qanunvericiliyə görə, süni mayalanma ilə doğulan uşağın doğum şəhadətnaməsində ata kimi qeyd olunan şəxs aliment ödəməlidir.

A.Əlizadə onu da bildirib ki, alimentin ləğv olunması yalnız bir halda mümkündür:

“Əgər şəxsin atalıq faktı bioloji olaraq sübut olunmazsa, bu, məhkəmə prosesində həll olunur. Bundan sonra şəxsin atalıq öhdəliyi qalmır”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir