Cəmiyyət

Naxçıvanda quş qripi xəstəliyinə qarşı monitorinqlər keçiriləcək

Sharing is caring!


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 fevral – 1 mart tarixlərində Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində Naxçıvanın təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Məlumatda vurğulanıb ki, götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir