İdman

Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb – FOTO

Sharing is caring!


Azərbaycanın yunan-Roma güləşi millisi növbəti təlim-məşq toplanışına başlayıb.

Güləş Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yığma bu gündən Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib.

Martın altısınadək davam edəcək toplanışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (82 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) qatılıblar.

Zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçilər Kamran Məmmədov və Elvin Mürsəliyevin nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir