Cəmiyyət

Yeni tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə qəbul olacaq

Sharing is caring!


“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı danışıqlar çoxdan aparılırdı”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, universitetin yaradılması hər iki dövlət başçısının istəyi ilə olub: “Artıq yeni tədris ilində universitetə tələbə qəbulu həyata keçiriləcək”.

Nicat Məmmədli qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin tədris binası Bakıda yerləşəcək. Universitetin inzibati, maliyyə məsələləri Azərbaycan tərəfindən həll olunacaq:

“Hazırda mühəndislik, texnoloji ixtisaslar olacaq. Gələcəkdə də digər fakültə və ixtisasların açılması proqnozlaşdırılır. Burada sadəcə bir vahid universitet deyil, Türkiyə və Azərbaycanda olan digər universitetlərin birgə təhsil və tədqiqatının tamamilə yeni modeli olacaq. Tədris türk və ingilis dilində olacaq”.

O qeyd edib ki, universitetdə nə qədər tələbənin təhsil alması hələlik bilinmir.

İlhamə Əbülfət 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir