Cəmiyyət

Bakı-Qazax yolunda avtomobili əks istiqamətdə idarə etdi, saxlanıldı – VİDEO

Sharing is caring!


Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, sürücünün yollarda müəyyən edilmiş istiqamətin əksinə hərəkət etməsinin hansı nəticələrə səbəb ola biləcəyi, eləcə də bu kimi qayda pozuntularına yol verən şəxslərlə bağlı görülən tədbirlər barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsinə baxmayaraq, sosial şəbəkələrdə yenidən analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

Haqlı olaraq ictimai qınaq obyektinə çevrilən budəfəki videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. Araşdırma zamanı “Nissan” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş istiqamətin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir