Dünya

Məşhur narkobaron ABŞ-a ekstradisiya edilib – FOTO

Sharing is caring!

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan, dünyanın ən nəhəng narkotik dövriyyəsini həyata keçirən “Klan del Golfo” (“Körfəzin Kralı”) klanının “Otoniel” ləqəbli rəhbəri Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

Bu barədə Kolumbiya Prezidenti İvan Duke öz “Twitter” səhifəsində məlumat verib.

“Hamı bilməlidir ki, hökumətimiz narkotik terrorçularını ya həbs edir, ya ekstradisiya edir və ya məhv edir”, – deyə Kolumbiya Prezidenti qeyd edir.

“Klan del Golfo” Kolumbiyanın ən böyük narkotik kartellərindən biri hesab olunur, Mərkəzi və Şimali Amerika ölkələrinə kokain tədarükü ilə məşğuldur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir