Cəmiyyət

Ramana yolunda dayanacaq pavilyonları niyə quraşdırılmayıb? – RƏSMİ AÇIQLAMA + VİDEO

Sharing is caring!


Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələrində pavilyonlar yoxdur. Bu isə istər küləkdə, yağışda, istərsə də günəşli havada avtobus gözləyən sərnişinlərin narahatlığına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, dayanacaq pavilyonlarının olmaması həm yayda, həm də qışda onlar üçün ciddi problemlər yaradır.

Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə ödəniş terminallarının olmaması da hər gün ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün ciddi çətinlik yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti nəzərə alınır.

“Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələlərində pavilyonların quraşdırılmaması səkilərin ensiz, bir çox yerlərdə isə ümumiyyətlə olmaması ilə bağlıdır. Bu səbəbdən qeyd olunan yol üzərində tərəfimizdən pavilyonlar deyil, dayanacaq nişanı qoyulub”, – deyə qurumdan bildirilib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir