Cəmiyyət

Bələdiyyələrə təhvil verilən qəbiristanlıqların sayı AÇIQLANDI

Sharing is caring!


Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib.

“Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: 

“Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dəqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Ona görə də belə çətinliklər bu gün var. Tək-tük rayon icra hakimiyyəti var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir