Təhsil

Bədbin proqnoz: “Ənənəvi təhsil yenidən dayandırıla bilər“

Sharing is caring!

“Fevralın 1-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə sosial məsafəni gözləmək şərti ilə icazə verilib. Dünənki hesabatda 1 şagird, 4 işçinin koronavirusa yoluxduğu açıqlandı. Ölkə üzrə təqribən 400-500 minə yaxın şagirdin əyani təhsilə başladığını nəzərə alsaq, bu, elə də ciddi rəqəm deyil”.

XəbərAl.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, hazırda vəziyyət normal olsa da, onlayn təhsilin yenidən tətbiqi gözləniləndir:

“Məsələ təbii ki, həm Təhsil Nazirliyinin, həm TƏBİB-in, həm də digər qurumların nəzarətindədir. Əgər yoluxma sayı artarsa, Operativ Qərargah yenidən tədrisin dayanması ilə bağlı qərar verər. Amma hazırkı vəziyyətdə buna ehtiyac yoxdur. Hər şey hadisələrin gedişindən asılıdır. Əslində, tədrisin dayandırılması, ümumiyyətlə, hər şey gözləniləndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir