Cəmiyyət

Xaçmazda ağır qəza: Beş nəfər xəsarət aldı

Sharing is caring!


Xaçmaz rayonunun Ləcət kəndində VAZ-2190 və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.

“Report”un məlumatına gorə, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər xəsarət alıblar.

Bakı şəhər sakinləri – 1957-ci il təvəllüdlü Nazim Qasım oğlu Əmrahov, qardaşı, 1959-cu il təvəllüdlü Fariz Qasım oğlu Əmrahov, Xaçmaz rayon sakinləri – 2000-ci il təvəllüdlü Muradxan Elbrusoviç Adışirinov, 1997-ci il təvəllüdlü Murad Xanlaroviç Adilxanov və 2001-ci il təvəllüdlü Nasir Nərimanoviç Əhmədxanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir