Cəmiyyət

Paytaxtda iki təmir sexi yanıb

Sharing is caring!


Bakının Nizami rayonunda yerləşən iki sexdə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 20 kvadratmetr olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 kvadratmetr olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir