Cəmiyyət

Ağsuda 29 yaşlı oğlan intihar edib

Sharing is caring!


Ağsu rayonunda 29 yaşlı oğlan intihar edib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsi, ev 11-də qeydə alınıb.

Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Cahangir Vaqif oğlu Mikayılov özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir