İdman

Niderlandlı hücumçu beynəlxalq axtarışa verilib

Sharing is caring!


Rusiyanın “Spartak” klubunun Niderlandda mühakimə olunan futbolçusu Kvinsi Promes beynəlxalq axtarışa verilib.

Bu barədə Amsterdam Prokurorluğunun mətbuat katibi Franklin Uottimena məlumat verib.

“Məhkum edilmiş futbolçu beynəlxalq axtarışa verilib. Prokurorluq onu Amsterdama aparmağa çalışıb və bunun üçün tədbirlər görüb. Lakin bu, hələ ki, onun ekstradisiyasına gətirib çıxarmayıb”, – deyə Uottimena bildirib.

O, həmçinin qeyd edib ki, Niderland bu məsələdə başqa ölkələrdən asılı olduğundan buna təsir edə bilməz.

Mənbə: “RIA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir