Dünya

Ukrayna və Almaniya təhlükəsizlik zəmanəti haqqında saziş imzalayıblar – VİDEO

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə Almaniya kansleri Olaf Şoltsla görüşüb və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə Ukrayna Prezidentinin ofisindən bildirilib.

Onlar Almaniyanın Ukraynaya dəstəyini, həmçinin Kiyevin Avropa İttifaqına və NATO-ya üzvlüyünü müzakirə ediblər.

Qeyd edək ki, V.Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Onun digər hökumət və dövlət başçıları ilə də görüşü gözlənilir.

Mənbə: “RIA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir