Cəmiyyət

İZİA-nın idarəçiliyində olan 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır

Sharing is caring!


“İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib.

O, qeyd edib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 000-dən artıq daimi iş yeri yaradılıb:

“Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7 000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

S.Adıgözəlova əlavə edib ki, 2024-cü il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır:

“Bu müəssisələrdə ümumilikdə təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir