Cəmiyyət

AYNA sərnişin daşımaları ilə məşğul olan operatorlardan gileylənib

Sharing is caring!


“Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator var”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, bunlardan üç, dörd, bəlkə də beş operator həqiqətən də öz fəaliyyətini ciddi şəkildə qurub:

“Həmin operatorların avtobusları şəhərdə digərlərindən fərqlənir. Digər daşıyıcılar isə sadəcə biznesini axşam sürücüdən planı almaq üzərində qurub ki, bunun da nəticəsində, dayanacaqda sürücülərin sərnişin üçün mübarizəsini görürük, intervalların qorunmamasını görürük. Hətta, belə avtobuslarda plan yerinə yetirildikdən sonra, avtobusu dayandıraraq, həmin günlük xidmətin dayandırılması da müşahidə edilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir