Cəmiyyət

Əhməd Əhmədov nəyə görə əsgərliyə aparılmayıb? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Bakıda beş ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu  Əhmədov 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib.

Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhməd Mehman oğlu Əhmədov Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib” , – qurum rəsmisi bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir