Dünya

Təl-Əvivdə eritreyalılar arasında iğtişaşlar: 100-dən çox yaralı – FOTO/VİDEO

Sharing is caring!


Təl-Əvivin (İsrail) cənub rayonlarında eritreyalı qaçqınların iştirakı ilə iğtişaşlar baş verib. Qarşıdurma nəticəsində azı 114 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti ağır, daha 13 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Öz növbəsində, İsrail polisinin Mətbuat Xidməti izdihamın dağıdılması zamanı 27 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını bildirib.

Toqquşmalar səhər saatlarında Eritreyanın Təl-Əvivdəki səfirliyinin təşkil etdiyi bayram tədbiri zamanı başlayıb. Bu şəhərdə yaşayan eritreyalılar hazırkı Eritreya hakimiyyətinə qarşı çıxaraq diplomatik nümayəndəlik binasına gəlib və etirazlarını bildiriblər. Aksiya eritreyalıların bir-birləri ilə toqquşmasıyla nəticələnib.

Hazırda Təl-Əvivin cənub rayonlarında iğtişaşlar davam edir, hakimiyyət yerli sakinləri şəhərin bu hissəsində hərəkət etməməyə çağırır.

Mənbə: The Times of Israel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir