Cəmiyyət

Xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model müasir protez ilə təmin olundu – FOTO

Sharing is caring!


Xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova müasir protez ilə təmin olunub.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən gənc model Xədicə Rəhimovaya müasir protez təqdim olunub.

Belə ki, yeni protez vakuumsistemli, membranlı silikona malikdir. İstifadəçinin sürətli hərəkətini təmin edən diz oynağı İslandiyanın nüfuzlu “Össür” şirkətinə aiddir.

Həmçinin dünyanın məşhur protez istehsalçılarından olan “Ottobock” şirkətinin (Almaniya) pəncə-topuq funksiyasını yerinə yetirən 4-cü nəsil karbon ayaqlığından istifadə edilib.

Müasir protez aktivlik və funksionallığı ilə də seçilir. Həmin protez istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı addımlamağa, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Direktoru Asif Məcidov Oxu.Az-a açıqlamasında protez vasitəsilə Xədicənin sərbəst hərəkət edəcəyini deyib:

“Karbon fiberdən giliz hazırlamışıq. Aktiv membranlı silikondan istifadə etmişik. Hərəkətli diz oynağı dinamikliyi təmin edir. Ayaqlıq olaraq pəncə və topuğun funksiyasını falanqalar yerinə yetirir. Dizini rahat yığıb-aça bildiyi üçün oturanda narahatlıq olmur. Bu diz oynaqlarını hər bir pasiyentə uyğun olaraq fərdi şəkildə seçirik. Xədicə daha əvvəl də Almaniya istehsalı diz oynağından istifadə edib, amma bu qədər rahat olmayıb. Ümumiyyətlə əvvəlki protezi hərəkətliliyi təmin edə bilmirdi, oturanda qatlanmırdı. Xədicə artıq kömək olmadan öz işini görə biləcək.

Protez iki illik verilib, iki il ərzində ehtiyac yaranarsa, giliz hissəsi dəyişilir, protezin özündə isə heç bir pozuntu baş vermir. İki il sonra isə yeni protez hazırlanıb təqdim ediləcək”.

17 yaşlı model Xədicə Rəhimova Oxu.Az-a açıqlamasında yeni protezdə özünü rahat hiss etdiyini deyib:

“Əvvəlki protezimdən daha rahat hərəkət etdirə, yığa bilirəm. Bu protez daha rahatdır. Bir neçə günə tam öyrəşəcəyəm. Hər kəsə təşəkkür edirəm”.

Daha çox foto: PhotoStock.az

Nəzrin Vahid  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir