Cəmiyyət

Paytaxtda ekspres marşrutların sayı artırılacaq

Sharing is caring!


Vətəndaşlar mənzil başına daha tez çatmağı hədəfləyirlər və bəzən də bunun üçün qanunsuz sərnişindaşıma vasitələrdən də istifadə edirlər. Sərnişinlər üçün müəyyən seçimlər olmalıdır. Yəni müntəzəm daşımalarla yanaşı ekspres marşrutların təşkili çox önəmlidir. Bu səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspres marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

“Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır. Amma əslində prinsip başqa cür olmalıdır. Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır. Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, – deyə o əlavə edib.

AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub:

“Biz buna bəsləyici xətlər də deyə bilərik. Bu xətlər vasitəsilə sərnişinlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər. Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir