Dünya

“Barselona” Ronaldinyonun oğlu ilə müqavilə imzaladı

Sharing is caring!

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauçonun oğlu Joao Mendeş de Assis Moreyra karyerasını “Barselona”da davam etdirəcək.

Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, tərəflər münasibətləri rəsmiləşdiriblər. 18 yaşlı forvardla ilyarımlıq müqavilə imzalanıb. Joao Mendeş “Barsa”nın U-19 komandasında çıxış edəcək.

Gənc oyunçu Braziliyanın “Kruzeyro” klubunun yetirməsidir.

“Barselona”nın əfsanəsi hesab edilən Ronaldinyo 2003-2008-ci illərdə komandanın formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir