Cəmiyyət

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

Sharing is caring!


Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində VAZ-21015 markalı nəqliyyat vasitəsi VAZ-21014 markalı minik avtomobili ilə toqquşub.

Daha sonra VAZ-21014 markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ” markalı təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı VAZ-21014-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Azad Bəxtiyar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir