Dünya

Putinin köməkçisi: “Rusiya Prezidentinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir”

Sharing is caring!


“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar aktiv mərhələdədir, lakin dəqiq tarixlər hələ də razılaşdırılır”.

Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

“Hazırda Putinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir. Üstəlik, Rusiyanın demək olar ki, bütün əsas qurumları – həm iqtisadi, həm də siyasi – hazırlıq işləri görür”, – Kreml nümayəndəsi bildirib.

“Səfərin konkret tarixləri hələ razılaşdırılma mərhələsindədir”, – deyə o əlavə edib.

Prezidentin köməkçisi Rusiyanın Türkiyə ilə çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir