Cəmiyyət

MDB-dən olan müşahidəçi: “Gördüklərimdən məmnun qaldım” – FOTO

Sharing is caring!


MDB-dən olan müşahidəçi Yelbay Abulov seçki məntəqəsində gördüklərindən məmnun qaldığını bildirib.

Bu barədə o, 62 saylı Kürdəmir seçki dairəsinin 1 saylı seçki məntəqəsində “Report”un Yuxarı Şirvan bürosuna açıqlamasında deyib.

Müşahidəçi qeyd edib ki, bundan əvvəl 3 məntəqədə olub və hər şeyin qaydasında olduğunu müşahidə edib: “Gördüklərimdən məmnun qaldım. Seçkilər şəffaf keçirilir və hər hansı bir neqativ hal müşahidə etməmişik. Hazırda müşahidələrimiz davam edir”.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir