Cəmiyyət

Repressiya qurbanının nəticələrinin narahatlığı: Tarixi evin son halı – VİDEO

Sharing is caring!


Bərdə rayonunda yerləşən “Lənbəran bəy evi” məhv olmaq təhlükəsi ilə üz-üzədir.

İki əsrə yaxın yaşı olan tarixi tikili sovet dövründə bir müddət xəstəxana, daha sonra isə uşaq bağçası kimi istifadə olunub.

40 ildən çoxdur istifadəsiz qalan tarixi abidə hazırda baxımsız vəziyyətdədir.

“Bu bizim babamızın atasının evidir. O, repressiya qurbanı olub. Var-dövlətini yığıb aparıblar, özünü də 21 yaşında güllələyiblər. Bu mülkü əmimiz sonradan məhkəmə yolu ilə qaytarıb, hazırda sənədləri ondadır. Atam burada yaşayıb, hamımız bu evdə doğulmuşuq. İstəyimiz odur ki, bu mülk dağılmasın, itməsin”, – deyə Əhməd bəyin nəticələri söyləyiblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir