Dünya

Ermənistanın eks-prezidentinin oğluna qarşı iş məhkəməyə göndərilir

Sharing is caring!


Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu, “Hayastan” fraksiyasından olan deputat Levon Koçaryanın işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə jurnalistlərə Levon Koçaryanın özü məlumat verib.

Onun sözlərinə görə, ötən gün barəsində başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıb. Həmçinin, onun dostu Sergey Asaturov da dindirilməyə çağırılıb, daha sonra ona ərazini tərk etməmək barədə yazılı öhdəlik imzalatdırılıb.

İstintaq Komitəsi L.Koçaryana qarşı ittihamın bəzi məqamlarını dəyişib, müstəntiq işin bağlandığını və tezliklə məhkəməyə göndəriləcəyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir