MARAQLI

Britni Spirs və əri Sem Əsgəri boşanır

Sharing is caring!


Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub.

Bildirilir ki, təxminən bir həftə əvvəl Əsgəri Spirsin sevgilisi olduğu barədə şayiələrdən xəbər tutub. Bundan sonra onların arasında güclü mübahisə yaranıb və Sem lüks evindən ayrılıb.

O da bildirilir ki, Sem müğənninin qeyri-adekvat davranışlarından da bezib. Əvvəllər Sem az qala bununla barışsa da və hətta camaat qarşısında müdafiə etsə də sonda dözə bilməyib.

Cütlüyün dostları onların münasibətlərində artıq bir neçə aydır problemlər olduğunu, evlərindən tez-tez mübahisə səsləri eşidildiyini bildiriblər.

Yeri gəlmişkən qeyd edək ki, Spirs və Əsgəri nikahdan əvvəl müqavilə bağlayıblar. Sənədə əsasən Spirsin bütün aktivləri qorunur (Deyilənlərə görə, Sem Əsgəri ona qarşı tərtib edilmiş bu müqaviləni yenidən nəzərdən keçirmək niyyətindədir).

Britni artıq Kevin Kostner, Conni Depplə çalışmış ulduz hüquqşünas Laura Vasserini işə götürüb.

Xatırladaq ki, cütlük 2016-cı ildə klip çəkilişləri zamanı tanış olublar. Keçən il isə onlar evləniblər.

Mənbə: Star Hit

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir