Kriminal

Qusardan Qubaya gələrək evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib – FOTO

Sharing is caring!




Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir