İdman

Şahmat millilərimizin Avropa çempionatı üçün heyətləri açıqlandı

Sharing is caring!


Monteneqronun Budva şəhərində keçiriləcək şahmat üzrə komandalar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycanın millilərinin heyətləri müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, kişi şahmatçılardan ibarət yığmanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil ediliblər. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunublar. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaqlar.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 10-dan 21-dək keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir