Cəmiyyət

Səhnədə yıxılan Xalq artisti yeriyə bilmir

Sharing is caring!


“Həkimlər hələ evdən çıxmağa icazə vermirlər”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib. Aktyor ev şəraitində yavaş-yavaş gəzdiyini bildirib:

“Əməliyyat olunandan xeyli vaxt keçir. Amma hələ də tam yeriyə bilmirəm. Həkimlər deyirlər ki, sinirlər tam qaydasına düşəndən sonra hara istəyirsən gedə bilərsən. Damarlarım hələ tam möhkəmlənməyib”.

Rafiq Əzimov teatrda yeni aldığı rollarına görə, narahat olduğunu vurğulayıb:

“Rollarım var, məşqlər gedir. Yeriyə bilmədiyimdən teatra gedə bilmirəm. Mehriban Ələkbərzadə ad günüm ilə bağlı bizə gəlmişdi, məni təbrik etdi, bildirdi ki, narahat olma, tamam sağal sonra gələrsən”.

Qeyd edək ki, Xalq artisti Rafiq Əzimov bir müddət öncə teatrda tamaşa oynayarkən səhnədə yıxılıb. Ayağı büdrəyən aktyor əməliyyat olunub.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir