Cəmiyyət

Oqtay Şirəliyev sabiq müavininə vəzifə verdi

Sharing is caring!

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru Oqtay Şirəliyev səhiyyə nazirinin sabiq müavininə vəzifə verib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə Viktor Qasımov “Respublika Diaqnostika Mərkəzi” ASC-nin ümumi şöbəsinin müdiri və direktorun köməkçisi təyin edilib. 

Viktor Qasımov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: 

“Təqaüddəyəm. Həm də tibb sahəsində – “Respublika Diaqnostika Mərkəzi” ASC-də fəaliyyətimi davam etdirirəm”. 

Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illər səhiyyə naziri olub. Viktor Qasımov isə 2020-2022-ci illərdə nazir müavini vəzifəsini tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir